AZ

Satılmayan “Coca-Cola”lar ZİBİLLİYƏ ATILDI: Anbar sahibləri məhkəməlik oldu – VİDEO

Türkiyədə boykot səbəbindən satılmayan 12 min litr “Coca-Cola” məhv edildi

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Günəş altında xarab olan və istifadə müddəti bitən içkilər zibilliyə atılıb, sahibkarlar cəzalandırılacaq.

Məlumata görə, Türkiyənin Şanlıurfa şəhərinin Eyyübiye rayonunda bələdiyyə xidmətləri təxminən 12 min litr “Coca-Cola” içkisini müsadirə edərək məhv edib. Bildirilir ki, boykot səbəbindən satıla bilməyən bu məhsulların istifadə müddəti bitibmiş.

Kadıkəndi məhəlləsindəki anbarda aparılan yoxlama zamanı 8 min şüşə qazlı içki aşkar edilib. Məhsulların uzun müddət günəş altında qalması nəticəsində etiketlərinin solduğu, şüşələrin deformasiyaya uğradığı və istifadə müddətinin bir ildən çox keçdiyi müəyyən olunub.

Əhalinin sağlamlığı üçün təhlükəli hesab edilən məhsullar akt əsasında müsadirə olunub və şəhər zibilliyinə göndərilərək utilizasiya edilib. Anbar sahibləri barəsində hüquqi araşdırma başladılıb.

 

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
42
interpress.az

1Mənbələr