"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sosial siyasətində vətəndaş maraqları hər zaman öndə gəlir".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai birliyinin sədri Arzuman Muradlı dövlət başçısının aztəminatlı ailələrə yardım məqsədilə imzaladığı sərəncamı şərh edərkən deyib. İctimai birlik sədri qeyd edib ki, əhalinin sosial rifah halının yaxşılaşdırılması, vətəndaşların bu və ya digər problemlərinin həlli hər zaman Cənab Prezidentin diqqət mərkəzində olub:
"Hələ 2003-cü ildə ilk dəfə ölkənin bir nömrəli postuna seçilən zaman İlham Əliyev bəyan etmişdi ki, o, hər bir azərbaycanlının prezidenti olacaq. Cənab Prezident ötən 22 il ərzində atdığı addımlar, sosial yöndə imzaladığı fərman və sərəncamlar, eləcə də dövlət proqramları ilə bunu sübuta yetirib".
Arzuman Muradlının sözlərinə görə, məlum sərəncam əsasında, 70 mindən çox ailəyə 200 manat məbləğində yardım ediləcək ki, bu da vətəndaşlarımızın bayram ərəfəsində sevincinə əlavə sevinc bəxş etməkdir.
Süleyman