Bakı sakini yaşadığı binanın pilləkənindən yıxılaraq dünyasını dəyişib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.
64 yaşlı Zaman Paşayev beşmərtbəli binanın qarşısındakı pilləkəndən düşərkən yıxılıb. Qonşular deyirlər ki, yıxılarkən onun başı daşa dəyib və ölüb.
Mərhumun oğlu kamera qarşısında danışmasa da, bildirdi ki, atası illərdir əczaçı işləyib. İki ay əvvəl insult keçirib, ev şəraitində müalicə alıb. Bir neçə gün əvvəl isə səhhəti normallaşdığından işə çıxıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və meyitə baxış keçirilib. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.