AZ

Britaniya şahzadəsinin silahdan istifadəsinə qadağa qoyulub

Bakı. Trend:

Britaniyalı şahzadə Endrünün silah lisenziyası ləğv olunub.İngiltərənin hüquq mühafizə orqanlarının əməkdaşları bununla bağlıkral III Karlın 65 yaşlı qardaşına Vindzordakı kral iqamətgahındabaş çəkib.

Trend bu barədəxarici KİV- ə istinadən xəbər verir.

Məlumata görə, təcrübəli ovçu daha ov tüfənglərindən ibarətkolleksiyasından istifadə edə bilməyəcək.

Qeyd olunur ki, polis odlu silahları müsadirə etməsə də, onunsaxlanma qaydaları və kimlərin ona çıxışı olması ilə bağlı yenişərtlər irəli sürüb.

Xatırladaq ki, 30 oktyabr tarixində Britaniya kralı III Karlşahzadəni Ceffri Epşteyn qalmaqalı ilə bağlı bütün titullardan vəimtiyazlardan məhrum edib və onu kral iqamətgahından çıxarmaqqərarı verib.

Məqalədə:
Seçilən
61
1
az.trend.az

2Mənbələr