AZ

İsrail Türkiyəyə qarşı koalisiya yaradır

İsrailin Baş naziri Benyamin Netanyahu dünən Kipr Prezidenti Nikos Xristodulides və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə birgə görüş keçirib.

İsrailin “Maariv” qəzetinin məlumatına görə, o, daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sərt açıqlamalar verib və Ankaraya qarşı yönəlmiş inkişaf edən regional koalisiyanın konturlarını açıqlayıb.
İran dövlət xəbər agentliyi “Tasnim”in məlumatına görə, görüş İsrail kabinetinin 7 oktyabr hadisələrini araşdırmaq üçün milli həqiqət komissiyası yaratmaq qərarı fonunda baş tutub. Bundan sonra Qüdsdəki “King David” otelində birgə mətbuat konfransı keçirilib: “Bizim müttəfiqliyimiz və tərəfdaşlığımız qalib gələcək, bu xaosu aradan qaldıracaq və böyümə və inkişaf üçün imkanlar yaradacaq. İmperiyalarını dirçəltmək barədə illüziyaları olanlara deyirəm: bunu unudun.

Özümüzü müdafiə edəcəyik və güc yolu ilə sülhü təmin edəcəyik”, – Benyamin Netanyahu deyib.

“Maariv”in məlumatına görə, İsrail Baş nazirinin bu sözləri birbaşa Türkiyə liderinə ünvanlanıb. Netanyahu həmçinin ABŞ Prezidenti Donald Trampla qarşıdan gələn görüşü zamanı bu tərəfdaşlığı müzakirə edəcəyini açıqlayıb. İsrailin baş naziri eyni zamanda, Türkiyə ilə birbaşa qarşıdurma axtarmadığını da qeyd edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr