AZ

“Priora” ilə qəzaya düşən 20 yaşlı sürücü hadisə yerində öldü VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

İki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, Başqırdıstanda qeydə alınan hadisə kameraya düşüb. Belə ki, 23 yaşlı sürücü idarə etdiyi “Lada Priora” markalı avtomobillə hərəkətdə olan zaman yolun qarlı və buzlu olması səbəbindən sükan idarəetməsini itirib və qarşı zolağa keçərək hərəkətdə olan “Kia Sportage” ilə toqquşub. Zərbənin təsirindən hər iki maşına ciddi ziyan dəyib.

Qəza nəticəsində ağır yaralanan “Priora”nın 20 yaşlı sərnişini hadisə yerində ölüb.

Hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
avtosfer.az

1Mənbələr