AZ

Ukrayna şəhərləri atəş altında: ölənlər var

23 dekabrda Rusiyanın kütləvi birgə hücumu nəticəsində Kiyev, Jitomir və Xmelnitski bölgələrində üç nəfər həlak olub. Paytaxtda da yaralananlar var.

OVA rəhbəri Sergey Tyurinin sözlərinə görə, Xmelnitski bölgəsində düşmən hücumu zamanı 1953-cü il təvəllüdlü bir kişi həlak olub. O, əlavə edib ki, atəş nəticəsində elektrik kəsintiləri də qeydə alınıb.

Kiyev OVA rəhbəri Nikolay Kalaşnikin sözlərinə görə, Rusiya hücumu nəticəsində Vışqorod rayonunda ikimərtəbəli fərdi evdə yanğın baş verib. 1949-cu il təvəllüdlü bir qadın həlak olub. “Daha üç nəfər yaralanıb – 1975-ci il təvəllüdlü bir kişi, 1976-cı il təvəllüdlü bir qadın və 2009-cu il təvəllüdlü bir qız. Onlar qəlpə yaraları alıblar”, – Kalaşnik yazıb. Obuxov rayonunda iki fərdi evə ziyan dəyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
26
editor.az

1Mənbələr