Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Macarıstan Ukrayna ilə bağlı sülh müqaviləsinin bağlanmas; üçün istənilən vaxt Rusiya-Amerika sammitinə ev sahibliyi etməyə hazırdır.Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Macarıstan Baş nazirinin ofisinin rəhbəri Gergeli Qulyas jurnalistlərlə söhbətində deyib.O, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Budapeştdə görüşün keçirilməsi perspektivlərini şərh edərkən bildirib ki, əgər Rusiya və Ukrayna — iki tərəf kompromisə gələrsə və ya yaxınlaşarsa, onda sammit keçirmək məntiqli olardı və bu halda sammit Budapeştdə keçiriləcək. "Əgər vəziyyət yanvar ayında dəyişərsə, sammit yanvar ayında keçiriləcək. Əsas məqsəd sülhə nail olmaqdır və bunun harada və nə vaxt baş verməsi o qədər də vacib deyil”, - deyə Gülyaş bildirib.Cavid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.