İraq Energetika Nazirliyi texniki səbəblərə görə İrandan ölkəyə qaz tədarükünün dayandırıldığını açıqlayıb.
Publika.az "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə İraq Energetika Nazirliyi məlumat yayıb .
"İran tərəfi Energetika Nazirliyinə gözlənilməz hallar səbəbindən qaz təchizatının tamamilə dayandırılması barədə teleqram göndərib", - Jurnalistlər nazirliyin bəyanatından sitat gətiriblər.
Tehran ölkənin bir sıra enerji obyektlərindəki texniki problemlər səbəbindən təchizatın dayandırıldığını açıqlayıb.