
Səyahət insanı zənginləşdirən ən gözəl təcrübələrdəndir. Ancaq fərqli ölkələrdə olarkən doğma dadları hiss etmək insana xüsusi bir sevinc bəxş edir. Özbəkistan Respublikasında belə bir məkana rast gəlmək – Azərbaycan mətbəxinin əsl dadını yaşamaq – bizim üçün əsl sürpriz oldu.Restorana daxil olanda bizi isti atmosfer, peşəkar personal və mükəmməl təqdimatla qarşılayan kollektiv, Azərbaycan qonaqpərvərliyinin əsl təcəssümü idi. Xüsusilə "Şəki pitisi" kimi milli yeməyimizin ən yüksək keyfiyyətdə təqdim olunması bizi qürurlandırdı. Dadı, hazırlanma üsulu və estetik təqdimatı ilə sanki birbaşa vətəndə, Şəkinin özündə idik.Hər mətbəxin öz dadı var. Ancaq bir azərbaycanlı kimi qürurla deyə bilərəm: Azərbaycan mətbəxinin dadı heç yerdə yoxdur.Bu unudulmaz təcrübə üçün restoranın bütün kollektivinə təşəkkür edir, Azərbaycan mətbəxini belə yüksək səviyyədə tanıtmağa davam etmələrini arzu edirik.
Ulusum.az /R.Daşdəmirova
Diqqət Çəkənlər
Universitetdə tələbə müəllimə bıçaqla hücum etdi – cinayət işi açıldı VİDEO
Özbəkistanda Azərbaycan mətbəxinin dadını hiss etmədən dönmək olmaz VİDEO
"Katarina" kitabının təqdimatı və imza günü keçiriləcək