Unikal.az saytına istinadən ain.az xəbər verir.
23.12.25 tarixində saat 14:20 radələrində 1966-cı il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Unikal"a Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib.
Qeyd edilib ki, kəllə-beyin travması, başın açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə aparılır.
*** 18:45
Gəncədə qadını avtomobil vurub.
"Unikal"ın məkumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, prospektlə hərəkətdə olan "Mersedec" markalı minik maşını yolu keçmək istəyən 1966-cı il təvəllüdlü S Məmmədovanı vurub. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.