ain.az bildirir, Cebheinfo portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp Qazaxıstan və Özbəkistan prezidentləri ilə "əla" telefon danışığı etdiyini açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Prezident v “Truth Social”-da yazıb.
"Bu səhər Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə iki əla telefon danışığım oldu. Davam edən münaqişələrdə sülhün bərqərar olmasının, eləcə də ölkələrimiz arasında ticarət və əməkdaşlığın genişləndirilməsinin vacibliyini müzakirə etdik. Hər iki ölkə ilə münasibətlər yaxşıdır. Gələn il ABŞ G20 sammitinə ev sahibliyi edəcək və biz hər iki lideri Mayamidə keçiriləcək bu çox vacib tədbirdə qonaq kimi bizə qoşulmağa dəvət edəcəyik!", - deyə ABŞ Prezidenti yazıb.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.