AZ

İrandan İraqla bağlı gözlənilməz qərar Bağdad çaşqınlıq içindədir

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İran İraqın elektrik stansiyalarına qaz tədarükünü tamamilə dayandırıb.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə İraq Xəbər Agentliyinə (INA) ölkənin Elektrik Enerjisi Nazirliyinin nümayəndəsi Əhməd Musa məlumat verib.

Onun sözlərinə görə, İran tərəfi gözlənilməz hallar səbəbilə qaz tədarükünün tam dayandırılması ilə bağlı nazirliyə teleqram göndərib. Nəticədə elektrik şəbəkəsində 4-4,5 min meqavat həcmində enerji itkisi yaranıb.

Əhməd Musa bildirib ki, Elektrik Enerjisi Nazirliyi Neft Nazirliyi ilə koordinasiylıa şəklində elektrik stansiyalarının təminatı üçün yerli alternativ yanacaq növlərindən istifadəyə başlayıb. Buna baxmayaraq, bəzi stansiyalar qaz çatışmazlığı səbəbilə zərər görüb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
globalinfo.az

1Mənbələr