AZ

Pezeşkian həyəcan təbili çaldı: İranda böhran başlayıb

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran Prezidenti Məsud Pezeşkian parlamentdəki çıxışı zamanı ölkənin bütün əyalətlərində su çatışmazlığının müşahidə olunduğunu bildirib. O, vəziyyəti su təchizatı baxımından “böhran” adlandırıb.

Globalinfo.az xəbər verir ki, prezidentin sözlərinə görə, İran son 60 ilin ən ağır quraqlığını yaşayır.

Bu səbəbdən ölkənin əsas su anbarları tükənmək üzrədir və bəzi bölgələrdə, o cümlədən paytaxt Tehranda gecələr su təchizatı dayandırılır.

“Ölkəmizin bütün əyalətlərində su ilə bağlı ciddi problemlər mövcuddur. Su təchizatı hazırda böhran vəziyyətindədir.”

İran Meteorologiya Xidməti də daha əvvəl ölkədə son 50 ilin ən quraq payızının yaşandığını açıqlayıb. Yağıntı səviyyəsi orta göstərici ilə müqayisədə 89% azalıb.

Yaxın Şərqdə su ehtiyatlarının azalması və iqlim dəyişikliyi nəticəsində yaranan təsirlər bölgə ölkələri arasında su idarəçiliyi sahəsində gərginliklərə səbəb olur. Bu kontekstdə İranın energetika naziri Abbas Əliabadi bildirib ki, Tehran bir neçə qonşu ölkə ilə birgə layihələr, o cümlədən su ehtiyatlarının idxalı ilə bağlı danışıqlar aparır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
globalinfo.az

1Mənbələr