Türkiyə mediasının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları İstanbulda 20-dən çox məmuru saxlayıb.
Əməliyyat zamanı Şile Bələdiyyəsinin ümumilikdə 22 məmuru polis idarəsinə aparılıb. Onların hamısı şantaj, rüşvətxorluq və tender saxtakarlığında şübhəli bilinirlər.
Qeyd edək ki, bu ilin iyul ayında şəhərin meri Özgür Kabakay da daxil olmaqla altı şübhəli İstanbul Respublika Prokurorluğu tərəfindən açılan cinayət işi çərçivəsində həbs edilib. Məhkəmə onların həbsinə qərar verib.
//Samir Qurbanov, Editor.az