Rusiyada hər hansı bir əcnəbinin mövcudluğu mümkün qədər şəffaf olmalıdır, əks halda onlar dərhal deportasiya edilməlidir.
AzPost bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Ölkəmizdə hər bir miqrantın mövcudluğu tamamilə şəffaf olmalı və onların hər bir addımı inzibati və hüquq-mühafizə orqanları üçün görünməlidir” – deyə siyasətçi VKontakte sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, fəaliyyəti Rusiya hakimiyyəti tərəfindən təsdiqlənməmiş hər hansı bir əcnəbi qeyd-şərtsiz deportasiya olunmalıdır.
Medvedeyev deyib ki,Rusiya Federasiyasına daxil olan əcnəbilər üçün bütün sərhəd keçid məntəqələrində biometrik məlumatları tətbiq olunmalıdır.
Dmitri Medvedev daha əvvəl qeyd edib ki, Rusiyada xarici işçilərin olması əmək müqavilələri ilə ciddi şəkildə tənzimlənməli və vəzifələri yerinə yetirildikdən sonra dərhal ölkəni tərk etməlidirlər.