AZ

Rusiya NATO-nu daxildən məhv etmək istəyir – Almaniyanın müdafiə naziri

Almaniyanın müdafiə naziri Boris Pistorius dünyanın böyük müharibənin astanasında olduğuna inanan NATO-nun baş katibi Mark Rutte ilə razılaşmayıb. Nazirin sözlərinə görə, o, “belə bir ssenariyə inanmır”. Nazir “Die Zeit” qəzetinə verdiyi uzun müsahibədə bildirib ki, “Putin NATO-ya qarşı tammiqyaslı dünya müharibəsi başlatmağa çalışmır.

O, NATO-nu daxildən məhv etmək, onun birliyini sarsıtmaq istəyir”. O, bu müsahibədə xüsusilə Rusiya və ABŞ ilə münasibətlərə toxunub.
Pistorius ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını Amerikanın Avropa ilə münasibətləri baxımından “boşanma haqqında esse” adlandırıb. Nazir qeyd edib ki, ABŞ hökumətinin Avropaya qarşı tonu “daha sərt” olub, lakin ona qarşı tənqid “yeni və ya gözlənilməz bir şey deyil”. Bununla belə, Pistorius Avropanın hələ də amerikalılara ehtiyacı olduğunu etiraf edib.

“Biz Rusiyaya ənənəvi vasitələrlə kifayət qədər yaxşı müqavimət göstərə bilərik. Amma həqiqət budur ki, Fransa və Böyük Britaniyanın bütün imkanlarına baxmayaraq, bizim müqayisə edilə bilən nüvə maneəmiz yoxdur”. Nazir jurnalistlərin ABŞ-ın NATO-dan çıxması halında nə baş verəcəyi ilə bağlı suallarına cavab olaraq qeyd edib ki, “Bunun üçün hələ də amerikalılara ehtiyacımız var”.

//Samir Qurbanov, Editor.az

Seçilən
47
editor.az

1Mənbələr