AZ

Masallıda hesabat konfransı keçirilib

Masallıda hesabat konfransı keçirilib

 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı bölməsi və Masallı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı baş tutub. 
Tədbirdə Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Salman Yunusov, GİKM-in Lənkəran-Astara Regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov, Masallı bölməsinin rəhbəri Orxan Əliyev, Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova və Masallı Dövlət Regional Kollecinin direktor müavini Asim Yusifovun çıxışları dinlənilib. 
Konfrans zamanı il ərzində gənclərlə iş sahəsində həyata keçirilən layihələr, təlimlər və tədbirlərin nəticələri müzakirə olunub, dövlət gənclər siyasəti çərçivəsində görülən işlərin əhəmiyyəti vurğulanıb. 
Çıxışlarda gənclərin sosial, mədəni və karyera inkişafına yönəlmiş təşəbbüslər önə çəkilib. 
Sonda il ərzində fəallığı ilə seçilən gənclər və fəaliyyətə dəstək göstərən media nümayəndələri təltif edilib.
Tədbir bədii hissə ilə yekunlaşıb.

 

Akif AĞAYEV
 

Seçilən
120
qht.az

1Mənbələr