AZ

Türkiyə Kuboku: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub etdi

Ziraat Türkiyə Kubokunun C qrupunda “Fənərbağça” və “Beşiktaş” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, gərgin keçən qarşılaşmada “Beşiktaş” rəqibini 2:1 hesabı ilə məğlub edərək turnirə qələbə ilə start verib.

Matçın taleyini Çerni həll edib. Çexiyalı futbolçu 33-cü və 90+1-ci dəqiqələrdə fərqlənərək komandasına vacib üç xal qazandırıb.

Qeyd edək ki, “Beşiktaş” Ziraat Türkiyə Kubokunda növbəti oyununu “Keçiörengücü”nə qarşı keçirəcək. “Fənərbağça” isə səfərdə “Beyoğlu Yeni Çarşı” komandası ilə qarşılaşacaq.

Seçilən
38
90deqiqe.az

1Mənbələr