AZ

Harri Kasparov 7 il müddətinə həbs cəzasına məhkum edildi

Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi 13-cü Dünya Şahmat Çempionu və Rusiya müxalifətçi siyasətçisi Harri Kasparovu terrorizmə açıq çağırış etdiyi iddiası ilə qiyabi olaraq həbs edib.

Bu barədə “Meduza”nın diqqətinə çatdırdığı 3/1-0380/2025 saylı iş sənədində deyilir. Məhkəmə iclasının 22 dekabrda keçirildiyi bildirilir.

Məhkəmənin Kasparovun həbsi ilə əlaqədar təqdim edilən ərizənin dərc edilməsi qadağan olunub. Siyasətçiyə qarşı işin mahiyyəti də məlum deyil. Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi ilə Kasparova qarşı irəli sürülən ittiham üzrə maksimum cəza yeddi ilə qədər həbsdir.

//Samir Qurbanov, Editor.az

Seçilən
38
editor.az

1Mənbələr