AZ

Rusiya-Ukrayna bataqlığınaa Türkiyəni də çəkmək istəyirlər


"Rusiya və Ukrayna arasında müharibə davam edərkən biriləri bu bataqlığa Türkiyəni də çəkmək istəyir. Qardaş ölkəyə qarşı ittifaqlar və həmin ittifaqlardan qaynaqlanan ssenarilər qurulur".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki,
bir müddətdir Türkiyə ərazisinə dron müdaxilələri edilir:

"Bu dronların mənbəyi haqqında isə müxtəlif fikirlər və ehtimallar irəli sürülür. Təbii ki, oxlar ilk növbədə Rusiyaya istiqamətlənib. Lakin, istisna deyil ki, hansısa qüvvələr məhz Qara dəniz hövzəsində yeni münaqişə oçağı yaransın deyə rus puaları görüntüsündə bu prosesi reallaşdırsın.
Hazırda regionda Türkiyənin zəifləməsini ən çox istəyən İsrail və Yunanıstandır. Cənubi Kipr Respublikası da işin içindədir. Lakin o ən zəif bənddir. Təl-Əviv Yunanıstan və Cənubi Kipri silahlandırır. Hətta Ankaraya qarşı ittifaq formalaşdırırlar. Ehtimal ki, həmin dron müdaxilələrinin ardın da məhz bu ölkələr dayansın. Əlbəttə bu bir ehtimaldır. Ancaq Afina - Təl-Əviv tandemi öz niyyətini açıq şəkildə, əməli fəaliyyətlə nümayiş etdirirlər. Hər iki ölkənin lobbisi ABŞ - da Türkiyə əlehinə koalisiya formalaşdırıb və Ankaranın Birləşmiş Ştatlardan F 35 başda olmaqla bəzi silah sistemlərinin almasına mane olmaq cəhdləri edirlər.
Ancaq, əminəm ki, qardaş ölkəyə qarşı qurulan bu şər ittifaqı öz məqsədlərinə çatmayacaq. Yunanıstan onsuzda yeni nizamda indi olduğu vəziyyətdən daha aşağı liqaya yuvarlanacaq. İsrail də öz növbəsində Netanyahu kimi zehniyyətlər hakimiyyətdə olduqca nüfuzunu hər keçən gün daha da itirəcək. Bütün bunlar qarşıdakı illərdə daha aydın müşahidə ediləcək.
Lakin ehtiyat igidin yaraşığıdır prinsipi ilə
Türkiyə tez bir zamanda Suriyadakı boşluqları, xüsusilə, YPG məsələsini yekunlaşdırıb diqqətini məhz qeyd etdiyim birlik istiqamətinə cəmləşdirməlidir. Əks təqdirdə müəyyən çətinliklərlə üzləşmək qaçınılmazdır.
Bir nüansı da qeyd etmək lazımdır ki, Ukrayna müharibəsindən əvvəl mövcud ssenari Türkiyə - Rusiya qarşıdurmasının başladılmasına hesablanmışdı. Rusiyanın Türkiyədəki səfirinin sui-qəsd nəticəsində öldürülməsi və bunun üzərindən aparılan kompaniya, ümumilikdə, həmin dövrdə Ankara-Moskva xəttindəki hərarətlilik hər biri bir məqsədə nail olmaq üçündü. Lakin həmin ssenari Rəcab Tayyib Ərdoğan faktoru səbəbindən baş tutmadı. Onun proses üzərində hakimiyyət qurması həlledici oldu. Yəni, heç kim təhlükəsizlik adasında deyil və hər an təhdidlərə hazır olmaq lazımdır.
Siyasi şərhçi Pərviz Mirizadə
Seçilən
55
newscenter.az

1Mənbələr