Haymana Bələdiyyə Başçısı Levent Koç axtarış-xilasetmə işləri ilə bağlı açıqlama verib.
KONRKET.az Musavat.com-a istinadən xəbər verir ki, onun sözlərinə görə, əməliyyatların aparıldığı ərazi 6–7 kəndin yerləşdiyi geniş və mürəkkəb bir zonanı əhatə edir.
Koç bildirib ki, sözügedən əraziyə avtomobil yolu ilə çatmaq mümkün deyil. Bundan əlavə, hava şəraiti son dərəcə əlverişsizdir: bölgədə güclü yağıntı və sıx duman müşahidə olunur ki, bu da işləri daha da çətinləşdirir.
Bələdiyyə rəhbəri vurğulayıb ki, bütün bu amillər axtarış prosesinin gedişinə ciddi təsir göstərir.