Ankaradan Tripoliyə uçan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın olduğu təyyarə qəzaya uğrayıb.
Bu barədə İnterpress.az “HaberGlobal”a istinadən xəbər verir.
Qeyd olunub ki, artıq təyyarənin qalıqları aşkar edilib.
Haymana meri Levent Koç bildirib: “Axtarış aparılacaq ərazilər kəndlərin yerləşdiyi bölgələrdir. 6-7 kəndin olduğu yerdir. Piyada gedilə bilən bir yer deyil. Hazırda əlverişsiz hava şəraiti hökm sürür, r. Çoxlu yağış və duman var”.