Axtarış-xilasetmə qrupları Ankara yaxınlığında radar ekranlarından itən, göyərtəsində Liviyanın Baş Qərargah rəisi olan təyyarənin qalıqlarını tapıblar.
Bizim.Media xəbər verir ki, bu barədə “Airporthaber” portalı məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO
Qeyd edək ki, Ankara Esenboğa hava limanından Liviyanın Tripoli şəhərinə doğru uçan "Falcon 50" özəl təyyarəsi radarlardan itib.
Təyyarədə Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddad və daha 3 nəfər sərnişinin olduğu bildirilir.


Bizim.Media