Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Parisdə yerləşən Luvr muzeyində baş verən oğurluqdan sonra təhlükəsizlik tədbirləri gücləndirilib.
Axşam.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.
Muzey administrasiyasının müavini Fransis Steynbok bildirib ki, pəncərələrə dəmir barmaqlıqların quraşdırılması oğurluqdan sonra görülən təcili tədbirlərdən biridir.
Qeyd edək ki, oktyabrın 19-da işçi geyimində olan naməlum şəxslər avtoyüksəldicidən istifadə edərək Luvra daxil olublar və bir neçə dəqiqə ərzində Napoleon kolleksiyasına aid, ümumi dəyəri 88 milyon avro olan zinət əşyalarını oğurlayıblar. Oğurlanan əşyalar arasında boyunbağı, broş və diadem də olub. Qaçış zamanı 1354 almazla bəzədilmiş imperatriça Evgeniyanın tacı yerə düşüb. Daha sonra oğurlanan zinət əşyalarının bir hissəsini “darknet” vasitəsilə satmağa cəhd edildiyi bildirilib.
Sonradan Luvrun direktoru Loran de Kar muzeyin təhlükəsizliyini gücləndirmək məqsədilə 2026-cı ilin sonunadək binanın xaricində 100 videomüşahidə kamerasının quraşdırılacağını açıqlayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.