AZ

Ankarada Falcon 50 qəzaya uğrayıb: Baş Qərargah rəisi həlak olub

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

Liviyanın ordu generalı Haddadın da daxil olduğu 5 nəfərlik nümayəndə heyəti qəzada ölüb

Ankarada "Falcon 50" tipli xüsusi jet qəzaya uğrayıb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, hadisədən sonra Esenboğa Hava Limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Məlumata görə, təyyarədə Türkiyədən ölkəsinə rəsmi səfərdən qayıdan Liviya ordusunun Baş Qərargah rəisi, ordu generalı Mohamed Ali Ahmed Al-Haddadın da daxil olduğu 5 nəfərlik nümayəndə heyəti, həmçinin 1 bələdçi və 2 pilot olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Liviyanın Milli Razılıq Hökuməti (Tripoli) Türkiyədə baş verən təyyarə qəzasında ordunun Baş Qərargah rəisinin, quru qoşunları komandanının, hərbi istehsalat rəisinin və qərargah rəisinin müşavirinin həlak olduğunu təsdiqləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
ayna.az

1Mənbələr