AZ

Sabiq "Barselona"lı İngiltərə nəhənginə keçməyə yaxındır - SON DURUM

"Barselona"nın sabiq forvardı, hazırda "Palmeyras"ın formasını geyinən Vitor Roke 2 İngiltərə nəhənginin transfer siyahısındadır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Switzerland" yayıb.

Məlumata görə, "Mançester Yunayted"in heyətinə qatmağı plankaşdırdığı hücumçunun xidmətində "Çelsi" də maraqlıdır. Mənbə onun "zadəganlar"a qoşulmaq ehtimalının daha yüksək olduğunu vurğulayıb. Avropaya qayıtmağı hədəfləyən Rokenin "Çelsi"yə üstünlük verməsində bu komandanın baş məşqçisi Entso Mareskanın rəhbərliyi altında yeni səviyyəyə çatan həmyerlisi Estevaonun xüsusi rol oynadığı bildirilib.

Roke 2024-dən 2025-ci ilədək "Barselona"nın futbolçusu olub. Gənc oyunçu "blauqrana"nın forması ilə 16 matça çıxaraq 2 qol vurub. Forvardın "Palmeyras"la müqaviləsinin müddəti 2029-cu ilin sonuna qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
9
1
fanat.az

2Mənbələr