AZ

ABŞ qırıcılarını və elit qoşunlarını bu dənizdə TOPLAYIR

Amerika Birləşmiş Ştatları potensial hərbi əməliyyatlar üçün imkanlarını genişləndirərək Karib bölgəsinə xeyli sayda xüsusi əməliyyat təyyarəsi, qoşun və avadanlıq yerləşdirib.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal " (WSJ) qəzeti adı açıqlanmayan ABŞ rəsmilərinə və uçuş izləmə məlumatlarına istinad məlumat yayıb.

Nəşrin məlumatına görə, avadanlıq və personalın yerləşdirilməsi bu həftə baş tutub. Qeyd olunub ki, bölgədəki Amerika kontingentinə ən azı on "V-22 Osprey" tiltrotor təyyarəsinin qoşulması gözlənilir və qoşunların tərkibinə infiltrasiya və ekstraksiya əməliyyatlarında ixtisaslaşmış elit bölmələr daxildir.

Nəşr bildirib ki, Amerika Birləşmiş Ştatları bu həftə çox sayda xüsusi əməliyyat təyyarəsi yerləşdirib ki, bu da Vaşinqtona regionda potensial hərbi əməliyyatlar üçün əlavə seçimlər verib.

Seçilən
55
publika.az

1Mənbələr