Sumqayıt şəhərində yaşlı bir kişinin cansız bədəni tapılıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Qurddərəsi bağlar massivində yerləşən fərdi yaşayış evlərindən birində baş verib.
Məlumata görə, 1959-cu il təvəllüdlü Cabir Abdullayev uzun müddət evindən çıxmadığı üçün qonşular narahatlıq keçirib. Evə baxış zamanı onun bir neçə gün əvvəl dünyasını dəyişdiyi müəyyən olunub.
Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Əraziyə polis və müvafiq xidmət əməkdaşları cəlb olunaraq ilkin araşdırmalar aparılıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma başlanılıb. Ölümün səbəbi məhkəmə-tibbi ekspertizanın rəyindən sonra dəqiqləşdiriləcək.