AZ

Venesuela parlamenti naviqasiya və ticarət azadlığını qoruyan qanunu qəbul edib

Bakı. Trend:

Venesuela Milli Assambleyası piratçılıq, blokada və digərqanunsuz beynəlxalq hərəkətlər fonunda naviqasiya və ticarətazadlığını təmin edən qanun layihəsini yekdilliklə təsdiqləyib.

Trend xəbər verirki, bu barədə parlamentin spikeri Xorxe Rodriges məlumat verib.

Rodriges bildirib ki, qəbul edilən qanun dənizçilik və ticarətazadlığının piratçılıqdan, blokadadan və digər qanunsuz beynəlxalqhərəkətlərdən qorunmasını nəzərdə tutur və parlament üzvlərininbirgə səylərinin nəticəsidir.

Qanun BMT Nizamnaməsinə və 1958-ci il Dəniz Hüququ üzrə CenevrəKonvensiyasına əsaslanır. Sənəddə piratçılıq beynəlxalq sulardagəmiyə və ya təyyarəyə qarşı törədilən hər hansı qanunsuzzorakılıq, ələ keçirmə və ya quldurluq aktı kimi müəyyənedilir.

Qanunun maddələrindən birinə əsasən, Venesuela ilə ticarətəməliyyatları aparan hüquqi şəxslərə qarşı piratçılıq, blokada vədigər beynəlxalq cinayətlərə təhrik, çağırış, yardım,maliyyələşdirmə və ya iştirak edən şəxslər 15 ildən 20 ilədəkazadlıqdan məhrum edilə bilərlər.

Seçilən
31
az.trend.az

1Mənbələr