AZ

“Netflix” Ceyk Pol və Entoni Coşua arasındakı döyüşü dünyada nə qədər adamın izlədiyini açıqlayıb

Ağır çəkildə keçmiş UFC çempionu britaniyalı Entoni Coşua ilə amerikalı bloger Ceyk Pol arasındakı döyüş dünya miqyasında 33 milyon izləyicini cəlb edib.

İdman.Biz xəbər verir ki, bu barədə məlumatı döyüşü eksklüziv olaraq canlı yayımlayan “Netflix” yayım xidməti açıqlayıb.

Müqayisə üçün bildirək ki, 2025-ci ildə Saul Alvares və Terens Krouford arasında baş tutan döyüş 41 milyondan çox izləyicini cəlb edib. Bu arada, Ceyk Polun Mayk Taysonla əvvəlki döyüşü 108 milyon baxışla rekord vurmuşdu.
Coşua dekabrın sonlarında ABŞ-ın Mayami şəhərində altıncı raundda Polu texniki nokautla məğlub edib.

İdman.Biz
Seçilən
24
1
idman.biz

2Mənbələr