BAKI, 24 dekabr. TELEQRAF
Rusiya və ABŞ son illər ərzində yaranmış problemlərin aradan qaldırılması ilə bağlı dialoqu davam etdirir.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin rəhbəri Aleksandr Qusarov “İzvestiya” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dialoqun başlanğıc nöqtəsi Rusiya və ABŞ prezidentləri arasında 12 fevral tarixində baş tutan telefon danışığında əldə edilən razılaşmalar olub.
“Bu razılaşmalar Rusiya-ABŞ münasibətlərinin kompleks şəkildə bərpasının zəruriliyinə dair qarşılıqlı anlayışa əsaslanır”, – deyə diplomat vurğulayıb.
Qusarov qeyd edib ki, bu prosesdə diplomatik nümayəndəliklərin fəaliyyət şəraitinin normallaşdırılması mühüm, lakin yeganə istiqamət deyil.
Bununla yanaşı, o, Rusiya ilə ABŞ arasında birbaşa hava əlaqəsinin bərpasının da artıq zəruri olduğunu bildirib.