AZ

"Horovludan çıxanda iki yaşı olan qızım indi orada müəllimə işləyir"

BAKI, 24 dekabr. TELEQRAF

Horovludan məcburi köçkün düşərkən qızımın cəmi iki yaşı var idi, bu gün isə o, doğma kəndində müəllimə kimi fəaliyyət göstərir. Özüm də tibb bacısıyam.

Teleqraf xəbər verir ki, bu sözləri keçmiş məcburi köçkün Tayibə Quliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yurdunu tərk edəndə 32 yaşı olub və bu illər ərzində Horovlu həsrəti ilə yaşayıb.

“O qədər Horovlunun həsrətini çəkmişəm ki… Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimizin dəmir yumruğu heç zaman əyilməsin”, – deyə Tayibə Quliyeva bildirib.

Seçilən
43
teleqraf.com

1Mənbələr