
İstehlak və ixracın artması ABŞ iqtisadiyyatını gözləntiləri üstələyən tempə çıxarıb.ABŞ iqtisadiyyatı sentyabr ayına qədər olan üç ayda illik 4,3% artaraq son iki ilin ən sürətli böyüməsini qeydə alıb. Artım əsasən istehlak xərclərinin (3,5%) və ixracın (7,4%) yüksəlməsi hesabına baş verib. Analitiklərin təxminən 3,2% gözlədiyi artım bu rəqəmi xeyli üstələyib.Ulusum.az xəbər verir ki, bu haqda Bank of Americanın baş iqtisadçısı Aditya Bhave iqtisadiyyatı “çox davamlı” adlandıraraq mövcud tempin davam edə biləcəyini bildirib. İdxalın azalması bu yaz Prezident Donald Trump tərəfindən elan edilən yeni gömrük rüsumları ilə əlaqələndirilir.Bununla belə, yüksək faiz dərəcələri, biznes investisiyalarında yavaşlama və mənzil bazarındakı çətinliklər iqtisadi artım üçün risk olaraq qalır.R.Daşdəmirova
Diqqət Çəkənlər
Özbəkistanda Azərbaycan mətbəxinin dadını hiss etmədən dönmək olmaz VİDEO
Varlılar üçün yeni vergi: 2026-cı ildən mütərəqqi gəlir vergisi tətbiq olunur
Varlılar üçün yeni vergi: 2026-cı ildən mütərəqqi gəlir vergisi tətbiq olunur