AZ

Şuşada abidə aşkar edilərsə, minatəmizləmə işi dayandırılacaq

Şuşada minatəmizləmə yeni qaydalarla tənzimlənəcək.

Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə aparılacaq.

Bu zaman həmin ərazi əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzərdən keçiriləcək və abidələrin ilkin tədqiqi təmin ediləcək.

Şuşa ərazisində minatəmizləmə fəaliyyəti aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.

Bu halda işlərin davam etdirilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul ediləcək.

Seçilən
33
sportinfo.az

1Mənbələr