AZ

Qərbi azərbaycanlıların deportasiyasının 77-ci ildönümü qeyd olunub

Hüquqşünas Səməd Vəkilov Qərbi azərbaycanlıların deportasiyasının 77-ci ildönümü ilə bağlı açıqlama verib.

QHT.az xəbər verir ki, o bildirib ki, türk düşməni İosif Stalinin imzası ilə 23 dekabr 1947-ci il tarixli, 4083 saylı SSRİ Nazirlər Sovetinin qərarı əsasında Ermənistan SSR ərazisində yaşayan on minlərlə azərbaycanlı Kür-Araz ovalığına məcburi köçürülüb. Bu qərarla Oğuz türklərinin qədim yurdu olan Qərbi Azərbaycandan azərbaycanlı əhaliyə qarşı faciəvi deportasiya siyasətinin əsası qoyulub:

"Biz bu hadisələri unutmamalıyıq! Yaşasın müstəqil bütöv Azərbaycan! Biz mütləq Qərbi Azərbaycana qayıdacağıq! Biz mütləq Dərləyəzə qayıdacayıq! Biz mütləq Çivə kəndinə qayıdacayıq!"

Seçilən
23
qht.az

1Mənbələr