AZ

Pensilvaniyada qocalar evində partlayış: İki nəfər ölüb...

Hadisə Filadelfiya yaxınlığında yerləşən reabilitasiya mərkəzində baş verib...

Poliqon xəbər verir ki, ABŞ-nin Pensilvaniya ştatında, Filadelfiya yaxınlığındakı Bristol bölgəsində yerləşən Bristol Health & Rehab reabilitasiya və qocalar evində güclü partlayış baş verib. Associated Press Agentliyinin məlumatına görə, hadisə nəticəsində azı iki nəfər həyatını itirib, bina isə qismən uçub.

Ştatın qubernatoru Coş Şapironun bildirdiyinə görə, partlayış ərazidə kommunal xidmətlər briqadasının qaz sızması ilə bağlı daxil olmuş məlumatı yoxladığı vaxt baş verib. Hadisədən dərhal sonra xilasedicilər mərkəzin sakinlərini və personalını təxliyə etməyə nail olublar.

Partlayışdan təxminən beş saat sonra axtarış-xilasetmə işləri daha geniş miqyasda davam etdirilib. Xilasedicilər axtarış itləri və xüsusi texnikadan istifadə edərək dağıntılar altında qalmış ola biləcək şəxslərin tapılması üçün enkazın sökülməsinə başlayıblar. Yaralıların dəqiq sayı hələlik açıqlanmayıb.

Təxliyə olunan sakinlər və mərkəzin əməkdaşları Pensilvaniya ştatının müxtəlif xəstəxanalarına yerləşdirilib. Hadisənin başvermə səbəbləri araşdırılır, partlayışın qaz sızması ilə əlaqəli olub-olmadığı hüquq-mühafizə və fövqəladə hallar qurumları tərəfindən dəqiqləşdirilir.

Poliqon.info

Seçilən
58
poliqon.info

1Mənbələr