AZ

Yaponiyada 2025-ci ildə doğum sayı tarixi minimuma enəcək

Bakı. Trend:

2025-ci ildə Yaponiyada doğulan uşaqların sayında antirekordqeydə alınacaq və bu göstərici müvafiq statistikanın aparıldığı1899-cu ildən bəri ən aşağı səviyyə olacaq.

Trend xəbər verirki, bu barədə “Asahi” qəzeti statistik məlumatlara əsaslanan özhesablamalarına istinadən məlumat yayıb.

Nəşrin proqnozuna görə, 2025-ci ildə ölkədə 667 500 uşaq dünyayagələcək. Müqayisə üçün qeyd olunur ki, 2024-cü ildə bu göstərici686 100 olub. Statistikaya yalnız Yaponiyada yaşayan yaponvətəndaşları daxil edilib. 2025-ci il üzrə rəsmi məlumatların iyunayında, ölkədə yaşayan əcnəbilərlə bağlı statistikanın isə fevralayında açıqlanacağı gözlənilir.

Bildirilir ki, demoqrafik vəziyyət Milli Əhali və Sosial TəminatTədqiqatları İnstitutunun əvvəlki proqnozları ilə müqayisədə xeylipis inkişaf edir. Belə ki, 2023-cü ildə institutun 2025-ci il üçünorta proqnozu 749 min doğum idi. “Asahi”nin hesablamaları isə 681min doğumu nəzərdə tutan ən pis ssenaridən də aşağıdır.

Qeyd edək ki, Yaponiyada doğum sayı artıq doqquzuncu ildirardıcıl olaraq azalır və bu proses ölkədə əhalinin sürətliqocalması ilə müşayiət olunur.

Seçilən
42
az.trend.az

1Mənbələr