Dünya bazarında qızılın qiymıti çərşənbə günü bir daha rekord qıraraq ilk dəfə unsiya üzrə 4500 dollar səviyyəsini aşıb.
Marja xəbər verir ki, zəifləyən dollar, geosiyasi gərginliklər və ABŞ Mərkəzi Bankının faiz endirimi gözləntiləri yüksəlişi dəstəkləyib. Qızıl bu il ard-arda bütün zamanların ən yüksək səviyyələrini görərkən, ilin əvvəlindən bu yana 70 faizdən çox dəyər qazanıb.
Külçə qızıl Bakı vaxtı ilə saat 08:30-da 4497 səviyyəsindən ticarət olunub.
Platin də bütün zamanların ən yüksək səviyyəsinə yüksələrək unsiya üzrə 2300 dolların üzərinə qalxıb.
Mizuho Securities-in makro tədqiqatlar üzrə rəhbəri Vişnu Varatan bildirib: “Qızıl 4.500 dollar səviyyəsini açıq-aşkar keçib, gümüş 72 dollar səviyyəsini sınaqdan keçirir və platin 2.400 dollara doğru irəliləyir. Bütün bu metallar dolların dəyər itirməsinə qarşı qorunma aləti kimi görülmələrindən faydalanır”.
LSEG məlumatlarına görə, dollar indeksi ilin əvvəlindən bu yana təxminən 10 faiz zəifləyib.