AZ

Cəbrayıl sakini: Elə bilirəm ki, bu qayıdışla otuz il cavanlaşmışam

Bakı, 24 dekabr, AZƏRTAC

Otuz yeddi yaşımda oradan çıxmışam, indi isə yetmiş yaşım var. Bu gün böyük sevinc hissi keçirirəm. Ən böyük arzum budur ki, Allah övladlarıma cansağlığı versin, onların da öz həyətlərində rahatlıqla gəzməsini görüm.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Solmaz Ağayeva bildirib.

İllərlə qayıdış inamı ilə yaşadığını deyən S.Ağayeva heç vaxt ümidini itirmədiyini qeyd edib.

"Elə bilirəm ki, bu qayıdışla otuz il cavanlaşmışam. Çünki biz bu günü illərlə gözləmişik. Bilirdik ki, bu torpaqlar geri qayıdacaq", - deyə o əlavə edib.

Keçmiş məcburi köçkün, həmçinin Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edib, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıb.

 

Seçilən
28
3
azertag.az

4Mənbələr