ain.az, Reyting.az saytına istinadən bildirir.
"Boyakar" adlı döyüş filmi kinoteatrlara çıxmadan birbaşa "Hulu" kino platformasında yayımlanacaq. Yeni lentə alınmış bu trillerin nümayiş tarixi dəqiq açıqlanmasa da, artıq Serbiyada çəkilişlərin başa çatdığı bildirilir.
Reyting.az xəbər verir ki, filmin prodüseri Hollivudun məşhur kinorejissoru Ceyms Kemeron, ssenari müəllifi "Con Uik" filminin rejissoru Derek Kolstad, rejissoru isə Qarrett Uorrendindir.
"Boyakar" filmində baş rollarda Ember Midfander və Uolton Qoggins çəkilib.
Yeni ekran əsərində Vinq Reyms, Coşua Orpin, Metyu Nidhem və Çeyz Benq kimi tanınmışlar da rol alıblar.

Kino əsərinin süjeti Appalaçinin sərt dağlarında böyümüş bir gənc qızdan bəhs edir. Qızın atası qaçırıldıqdan sonra qəhrəman qlobal casusluq dünyasına düşür və atasını xilas etmək, özü xilas olmaq üçün bacarıqlarını işə salır.
Amerikalı tənqidçilərin, eyni zamanda, kino insayderlərin fikrincə, orta büdcəli belə bir döyüş filminin kassa uğursuzluğu fonunda bu layihənin yayım hüququnun striminqə verilməsi çox düzgün və məntiqli qərardır. Filmin yaradıcı heyəti, o cümlədən məşhur Ceyms Kemeron da, deyilənlərlə həmfikirdir. Kemeron deyib ki, filmin "Hulu" platformasında yayımı az olsa da, bu ekran əsərinin gəlirlərinə təsir edəcək.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.