AZ

Meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınıb

ABŞ-ın Alyaska ştatının Ankoric şəhərində meymunçiçəyi (mpox) virusuna yoluxma halı qeydə alınıb.

QHT.az xəbər verir ki, bu barədə Anchorage Daily News nəşri Alyaska Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, hadisə ilə bağlı epidemioloji araşdırma aparılır. 22 dekabr tarixinə olan məlumata görə, əlavə yoluxma faktları və ya infeksiyanın yerli yayılma əlamətləri aşkar edilməyib. Yoluxmuş şəxs hazırda ev şəraitində izolyasiyadadır və səhhətində yaxşılaşma müşahidə olunur.

Həkimlərin məlumatına görə, pasiyent əvvəllər meymunçiçəyinin yayıldığı regionlara səfər edib və antivirus müalicəsi almayıb. Səhiyyə orqanları xəstə ilə təmasda olmuş şəxsləri müəyyən edib, onlar barədə xəbərdarlıq aparılır və tibbi nəzarət həyata keçirilir.

Qeyd edək ki, meymunçiçəyi əsasən yaxın fiziki təmas, yoluxmuş əşyalar və ya heyvanlarla təmas yolu ilə ötürülür və xəstəlik adətən 2–4 həftə davam edir.

Seçilən
71
qht.az

1Mənbələr