AZ

Suriya rəhbərliyi Türkiyədən üzr istəyib Hakan Fidana görə

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə Xarici İşlər Nazirliyi dekabrın 22-də nazir Hakan Fidanın Suriya Xarici işlər naziri Əsəd Həsən Şeybani ilə birgə keçirilən mətbuat konfransının sonunda suala cavabında yaşanan müəmmalı texniki nasazlıqla (Tərcümə qulaqcıqlara ötürülməyib-Mia.az) bağlı xüsusi açıqlama yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nazirlik bunun səbəbini mətbuat konfransını idarə edən Suriya XİN-in məsul şəxsinin məsuliyyətsizliyi ilə əlaqələndirib.

Bildirilib ki, baş verən hadisəyə görə Suriya rəhbərliyi Türkiyədən üzr istəyib: "Nazir Fidanın Qəzzada baş verənlərlə  bağlı sualı cavablandırarkən tərcüməçinin səsinin iclas otağındakı qulaqcıqlara çatmamamasına görə Suriya rəhbərliyi Türkiyədən üzr istəyib. Onlar bildirdilər ki, iclasa sədrlik edən Suriya rəsmisi nazirimizin danışığını bitirdiyini düşünüb və xətaya yol verərək texniki avadanlığı yanlışlıqla erkən qapadıb..."

Firudin Səfərli

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
mia.az

1Mənbələr