AZ

Dördqat dünya çempionu otel otağında ölü tapıldı - FOTO

Məşhur norveçli biatlonçu Sivert Quttorm Bakken İtaliyanın Lavase aşırımında yerləşən oteldəki otağında ölü tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə Norveç Biatlon Federasiyası məlumat yayıb. Bildirilib ki, hazırda Biatlon üzrə Dünya Kubokunun ümumi sıralamasında 13-cü pillədə qərarlaşan idmançının ölüm səbəbi hələlik məlum deyil. Qeyd olunur ki, Bakken daha əvvəl ürək problemlərindən şikayət edib.

Ötən bazar günü idmançı Fransanın Annesi şəhərində keçirilən kütləvi start yarışında 20-ci yeri tutmuşdu. O, bundan əvvəl sprint yarışında 5-ci, təqib yarışında isə 18-ci olmuşdu. Yarışdan sonra Bakken Dünya Kubokunun ümumi lideri Yohan-Olav Botn ilə birlikdə Milad bayramını qeyd etmək üçün İtaliyaya yollanmışdı.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
54
milli.az

1Mənbələr