AZ

“Atletiko” Dieqo Simeone ilə müqaviləni uzatmağı düşünür

style='margin-bottom:10px;'>

Madridin “Atletiko” klubunun rəhbərliyi baş məşqçi Dieqo Simeone ilə əməkdaşlığın uzadılması variantını nəzərdən keçirir.

QOL.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Qeyd edək ki, argentinalı mütəxəssisin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Mənbənin məlumatına görə, hələlik Simeone ilə rəsmi danışıqlara başlanmayıb. Bununla belə, klub daxilində məhz onun layihənin gələcək inkişafı üçün ən uyğun fiqur olduğu qənaəti formalaşıb. Bu mövqeni “Atletiko”nun prezidenti Enrike Sereso, baş icraçı direktor Migel Anxel Hil Marin və idman direktoru Mateu Alemani dəstəkləyir.

Dieqo Simeone 2011-ci ilin dekabrından etibarən Madrid təmsilçisini çalışdırır. Bu müddət ərzində o, komandaya iki dəfə La Liqa çempionluğu qazandırıb.

Seçilən
40
3
teleqraf.com

4Mənbələr