“Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyi”nin rəhbəri Fatimə Hacıbəyli QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci ildə təşkilat maarifləndirici təlimlər, seminarlar və ictimai müzakirələr təşkil edib.
Onun sözlərinə görə, iştirakçılara gender bərabərliyi, sosial ədalət və hüquqi mexanizmlər barədə məlumatlar verilib, yerli icmalarla birbaşa iş aparılıb və ictimai fəallığın artırılması istiqamətində addımlar atılıb:
"2026-cı il üçün əsas prioritetlərimiz gender bərabərliyi sahəsində fəaliyyətin davam etdirilməsi, icma əsaslı təşəbbüslərin genişləndirilməsi və sosial bərabərliyin təşviqidir. Bununla yanaşı, regionlarda fəaliyyətin gücləndirilməsi və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi də əsas hədəflərimizdəndir.
2025-ci ildə çalışdığımız sahə üzrə gender bərabərliyi və vətəndaş iştirakçılığı sahəsində müsbət nəticələr əldə olundu. Regional və beynəlxalq formatlı tədbirlərin artması, QHT-lər arasında əməkdaşlığın güclənməsi və ictimai təşəbbüslərin dəstəklənməsi sahənin inkişafına mühüm töhfə verdi".