AZ

Leyla Calalova: “Qərbi Azərbaycanlıların deportasiyası ciddi öyrənilməlidir”

ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri tarix üzrə fəlsəfə doktoru Leyla Calalova İ.Stalinin imzası ilə 23 dekabr 1947-ci il tarixli 4083 saylı SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarı şərh edərkən bildirib ki, SSRİ-də yeganə rəsmi qərarla həyata keçirilən bu deportasiya aktı ciddi şəkildə öyrənilməlidir:

Bu bizim tarixşünaslıq qarşısında duran ən mühüm vəzifələrdən biridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyində məhz bu məsələlərə toxunaraq belə söyləmişdi: "Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür. İctimai təşkilatlar və eyni zamanda, Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik”.

Seçilən
15
qht.az

1Mənbələr