AZ

Mourinyo: “Bizim Mbappe, Vinisius, Yamal kimi futbolçularımız yoxdur"

Portuqaliyalı məşqçi Joze Mourinyo həmyerlilərinin “Benfika”nın son oyunlardakı çıxışı ilə bağlı tənqidlərinə münasibət bildirib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis nəticənin oyunun estetik tərəfindən daha vacib olduğunu vurğulayıb.

Mourinyo Lissabon təmsilçisinin heyəti ilə bağlı bunları deyib:

“Bizim Mbappe, Vinisius və ya Yamal kimi futbolçularımız yoxdur. Bizim bir komandamız var və oyunçular komanda kimi çıxış edirlər. Bəlkə oyunları o qədər də parlaq deyil, amma gözəl oynamadan da qalib gəlmək mümkündür”.

Qeyd edək ki “Benfika” hazırda Portuqaliya çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

“Leypsiq”in futbolçusu Liqa 1-də - RƏSMİ

İstanbul derbisində sevinən tərəf “Beşiktaş” oldu - YENİLƏNİB

Belçika millisinin üzvü “Milan”dan ayrılıb

Endrik “Lion”da - RƏSMİ

“İnter”in hücumçusu zədələnib

Seçilən
26
1
apasport.az

2Mənbələr