AZ

“Fənərbaxça” “Qalatasaray”ın istədiyi futbolçuya sərvət təklif etdi

“Fənərbaxça” “Atalanta”nın futbolçusu Ademola Lookman üçün irəli sürdüyü təklifin detalları məlum olub. Metbuat.az xəbər verir ki, “Fənərbaxça” “Qalatasaray”ın da transfer siyahısında olan Ademola Lookman üçün danışıqlara başlayıb. Bildirilir ki, “Fənərbaxça” rəhbərliyi İtaliyada Lookmanın agenti ilə görüşüb və “Atalanta”dan ayrılmaq istəyən Lookmana təklif irəli sürülüb. Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, "Fənərbaxça" Ademola Lookmana bonuslar da daxil olmaqla illik 10 milyon avro təklif edib. Bildirilir ki, Lookman hazırda "Atalanta"da ildə 1,8 milyon avro qazanır. Məlumata görə, əgər Lookman təklifi qəbul edərsə, “Fənərbaxça” “Atalanta” ilə transfer haqqı danışıqlarına başlayacaq.

İtaliya komandası müqaviləsinin bitməsinə 1,5 il qalmış Lookman üçün 50 milyon avro tələb edə biləcəyi irəli sürülür. “Fənərbaxça”nın transferi təxminən 30 milyon avroya yekunlaşdırmağa çalışdığı bildirilir.

Seçilən
31
1
metbuat.az

2Mənbələr