Gənclər və İdman Nazirliyi 2025-ci ilin idman yekunlarına dair tədbir keçirib. "Rekord.az" xəbər verir ki, ilin ən yaxşıları sırasında qadın voleybolçulardan ibarət "AZERRAIL" klubu da var.

Son ölkə çempionatının qalibi ilin qadınlardan ibarət ən yaxşı klub komandası nominasiya üzrə birinci olub. 

Həmçinin beynəlxalq dərəcəli hakim Eldar Zülfiqarov ilin ən yaxşı hakimi nominasiya üzrə ikinci yerə layiq görülüb.